Əsas Səhifə > Güney Press > Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının tikintisinə görə 3.6 milyon alacaq
Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının tikintisinə görə 3.6 milyon alacaqBu gün, 10:18 |
|
Xocavənd rayonunun Tuğ kəndinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğuların tikintisinə 3 600 000 AZN sərf olunacaq. Pravda.az-ın xəbərinə görə, sifarişçi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi, icraçı isə “Azərsutəchizattikinti” ASC-dir. Tərəflər arasında müqavilə bağlanıb. ASC-nin qanuni təmsilçisi sabiq deputat Mirzəcan Xəlilovdur. Geri qayıt |