Əsas Səhifə > Güney Press > Estoniya Hörmüz boğazına hərbi heyət göndərməyi planlaşdırır
Estoniya Hörmüz boğazına hərbi heyət göndərməyi planlaşdırırBu gün, 06:59 |
|
Estoniya hökuməti Hörmüz boğazına hərbi heyət göndərilməsi imkanını nəzərdən keçirir. Müzakirə olunan variantlar arasında qərargah zabitləri, sualtı robot qrupları və minaaxtaran gəminin göndərilməsi yer alır. Bu barədə ERR nəşri müdafiə naziri Hanno Pevkurun açıqlamasına istinadla məlumat yayıb. Məlumata görə, Fransa və Böyük Britaniyanın təşəbbüsü olan missiyanın hərbi münaqişə başa çatdıqdan sonra rotasiya əsasında həyata keçirilməsi planlaşdırılır. Geri qayıt |