Əsas Səhifə > Güney Press > Çin gəmilərinin Hörmüz boğazından keçidi başlayıb
Çin gəmilərinin Hörmüz boğazından keçidi başlayıbBu gün, 14:45 |
|
Çin gəmilərinin Hörmüz boğazından keçidi başlayıb. APA-nın Tehran bürosunun məlumatına görə, “Fars” agentliyi məlumatlı mənbəyə istinadən bildirib ki, İran İslam Respublikasının qərarı ilə İranın boğazın idarə olunması protokollarına riayət edilmək şərti ilə bəzi Çin gəmilərinin Hörmüz boğazından keçidinə icazə verilib. Mənbənin sözlərinə görə, Çin xarici işlər naziri və bu ölkənin İrandakı səfirinin apardığı danışıqlardan sonra iki ölkə arasındakı dərin münasibətlər və strateji tərəfdaşlıq çərçivəsində Çin gəmilərinin keçidinin asanlaşdırılması məsələsi müzakirə olunub. Bildirilir ki, İranın boğazın idarə olunması ilə bağlı protokolları üzrə əldə olunan anlaşmadan sonra Çinin müraciət etdiyi bəzi gəmilərin bu marşrutdan keçməsinə razılıq verilib və keçid prosesi ötən gecədən başlayıb. Geri qayıt |