Əsas Səhifə > Güney Press > "Mənim İbrahim Tatlısəs olmağım mümkün deyil"
"Mənim İbrahim Tatlısəs olmağım mümkün deyil"Bu gün, 13:15 |
|
Müğənni İzzət Bağırov "Qonaqcanlı" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, ifaçı türkiyəli həmkarı İbrahim Tatlısəs ilə bağlı suala belə münasibət bildirib: "Biznesim yoxdur. İbrahim Tatlısəs olmağım mümkün deyil. İkinci belə bir səs dünyaya bundan sonra gəlməyəcək. İbrahim Tatlısəs Şərqin ən böyük ifaçısıdır. Bütün müğənnilər arasında ən çox qazanan sənətçidir. Biz onun kimi oxuya bilmərik. Heç onun ayaqqabılarını da geyinə bilmərik. Onun mahnılarını sevib oxuyuruq. İbrahim Tatlısəslə bizim qazancımız buludla torpaq arasındakı fərq kimidir. Bu gün yaşayıramsa, Allaha şükür edirəm. Nəyim varsa, razıyam. Kişinin evində qazan qaynayırsa, o kişidir". Geri qayıt |