Əsas Səhifə > Güney Press > “Qaçqınkom” Biləsuvardan “çıxa” bilmir: Bu dəfə 454 minlik “layihə” işə salınır

“Qaçqınkom” Biləsuvardan “çıxa” bilmir: Bu dəfə 454 minlik “layihə” işə salınır


Bu gün, 10:44

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) növbəti tenderini yekunlaşdırıb.

Tribuna.az xəbər verir ki, qurumun Mənzil İstismar Departamenti Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmirini həyata keçirəcək.

Məlumatda qeyd edilir ki, təmir işlərini “REAL-İNŞAAT” MMC reallaşdıracaq. Şirkət bunun müqabilində “Qaçqınkom”dan 454 min 937 manat pul alacaq.

Xatırladadq ki, “Qaçqınkom” ilin əvvəlindən bəri Biləsuvardan “çıxa” bilmir. Rəsmi qaynaqlarda qeyd edilir ki, ilin əvvəlindən indiyə qədər dövlət komitəsi təkcə Biləsuvarda milyonlarla manat vəsait “xərcləyib”.


Geri qayıt