Əsas Səhifə > Güney Press > Küveyt İran gəmisinə hücum edərək dörd nəfəri saxlayıb

Küveyt İran gəmisinə hücum edərək dörd nəfəri saxlayıb


Dünən, 22:17

Küveyt Fars körfəzində İran gəmisinə qanunsuz hücum edərək dörd nəfəri saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib:

"Küveyt açıq şəkildə nifaq salmaq cəhdi ilə İran gəmisinə qanunsuz hücum edərək Fars körfəzində dörd vətəndaşımızı saxladı. Bu qanunsuz hərəkət ABŞ-nin İrana hücum etmək üçün istifadə etdiyi bir adanın yaxınlığında baş verdi. Biz vətəndaşlarımızın dərhal azad edilməsini tələb edirik və qisas almaq hüququmuzu özümüzdə saxlayırıq".

İran xarici işlər naziri bu açıqlamanı Küveyt hakimiyyətinin çərşənbə axşamı SEPAH-ın dörd üzvünün həbs olunduğunu elan etməsindən sonra verib.


Geri qayıt