Əsas Səhifə > Güney Press > Koçaryan erməniləri Paşinyanla qorxutdu
Koçaryan erməniləri Paşinyanla qorxutduDünən, 22:14 |
|
Ermənistanın sabiq prezidenti Robert Koçaryan seçkiqabağı kampaniya çərçivəsində Artik şəhərində çıxışı zamanı Baş nazir Nikol Paşinyanı kəskin tənqid edib. Musavat.com xəbər verir ki, Koçaryan bildirib ki, Paşinyan 2021-ci ildə Qarabağ məsələsində planı aşağı salmaq lazımdır dedikdə, “Ermənistan” bloku bunun Qarabağın itirilməsi ilə nəticələnəcəyini xəbərdar etmişdi. Onun sözlərinə görə, həmin dövrdə etiraz hərəkatı kifayət qədər dəstək almadı və nəticədə 2022-ci ildə Praqada Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdı. Sabiq prezident iddia edib ki, əgər Paşinyan 2026-cı ildə yenidən hakimiyyətə gələrsə, Ermənistanı “Qərbi Azərbaycan” məsələsi gözləyəcək. Koçaryan çıxışında ölkədəki siyasi proseslərin Ermənistan üçün ciddi nəticələr doğurduğunu da vurğulayıb. Geri qayıt |