Əsas Səhifə > Güney Press > Füzulinin Dövlətyarlı kəndinin su təchizatının tikintisinə 1,9 milyon xərclənəcək

Füzulinin Dövlətyarlı kəndinin su təchizatının tikintisinə 1,9 milyon xərclənəcək


Bu gün, 17:23

Füzuli rayonunun Dövlətyarlı kəndində xarici su təchizatı, tullantı su şəbəkə və qurğuların tikintisinə başlanılır.

Bu barədə İqtisadiyyat.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyətindən məlumat əldə edib.

Məlumata görə, layihənin maliyyə dəyəri 1,9 milyon manat müəyyənləşib. Layihəni isə “Geo-Eco İnnovation Center” şirkəti icra edəcək və artıq bununla bağlı müqavilə də bağlanılıb.


Geri qayıt