Əsas Səhifə > Güney Press > Pediatriya Mərkəzindən ayrılan sabiq direktor:
Pediatriya Mərkəzindən ayrılan sabiq direktor:Bu gün, 15:45 |
|
Tibbi Ərazi Bölmlərini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki bəzi xəstəxanalarda rəhbər vəzifələrə yeni təyinatlar olub. Rəhbər dəyişikliyi Respublika Pediatriya Mərkəzini də əhatə edib. Belə ki, tibb müəssisəsinin direktoru Azər Əhmədov vəzifəsindən azad olunub, onun yerinə Erkin Rəhimov gətirlib. "Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsindən ayrıldım. Vəzifə dövlətin sənə əmanətidir. Onu göz bəbəyi kimi qoruyub ləyaqətlə geri vermək hər insana nəsib olmur. Bu müddətdə gördüyümüz işləri saymaqla bitməz. Sadəcə, mən və zəhmətkeş komandamız hər təbəqədən olan vətəndaşın müracət edə bildiyi müasir bir Respublika Pediatriya Mərkəzini inşa etdik. Daha nə olsun.. Nə xoş mənə belə fürsəti doğru dəyərləndirə bildim. Bu quruculuqda əməyi keçən, dəstək verən hər kəsə, xüsusilədə görünməyən qəhrəmanlar olan komandaya təşəkkür edirəm", - deyə A.Əhmədov qeyd edib. Azər Əhmədov 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetində həkim-pediatr ixtisası üzrə təhsil alıb. 2007-2008-ci illərdə Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında internatura keçib. 2015-2019-cu illərdə Türkiyənin Qazi Universitetində təhsilini davam etdirərək uzmanlıq dərəcəsi alıb. O, 2005-2007-ci illərdə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında feldşer, 2007-2008-ci illərdə Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında intern, 2008-2011-ci illərdə Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında həkim-pediatr, 2012-2015-ci illərdə Ankarada özəl tibb müəssisələrində təcili yardım şöbəsinin müdiri kimi çalışıb. Azər Əhmədov 2020-ci ildə Bakı Sağlamlıq Mərkəzinin Pediatriya Mərkəzinin rəhbəri, 2020-2023-cü illərdə isə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda direktor müavini vəzifəsində fəaliyyət göstərib. O, 2023-cü ilin mart ayından etibarən Ege Hospitalda pediatr kimi çalışıb. Azər Əhmədov TƏBİB-in Müşahidə Şurasının qərarı ilə yaradılan Respublika Pediatriya Mərkəzinə direktor vəzifəsinə isə 18 aprel 2024-cü ildən təyin edilmişdi. Geri qayıt |