|
Açıqlanan son rəsmi məlumata görə, daimi yaşamaq üçün il ərzində Azərbaycana 3 min 16 nəfər xarici vətəndaş gəlib. Yeniavaz.comxəbər verir ki, əsas istiqamətlər Rusiya və Gürcüstan olub. Rusiyadan 1 092 nəfər, Gürcüstandan isə 1 121 nəfər Azərbaycana daimi yaşamaq üçün gəlib. Bunlardan başqa Türkiyədən 235 nəfər, Ukraynadan 152 nəfər, Türkmənistandan 98 nəfər, Qazaxıstandan isə 96 nəfər ölkəyə köç edib. Özbəkistandan gələnlərin sayı 68 nəfər, İrandan gələnlərin sayı 27 nəfər olub. Böyük Britaniya və Şimali İrlandiyadan 12 nəfər, Belarusdan 12 nəfər, Qırğızıstandan 19 nəfər, Pakistandan isə 14 nəfər Azərbaycana daimi yaşamaq üçün gəlib. MDB ölkələrindən gələnlərin ümumi sayı 1 548 nəfər təşkil edib. Digər xarici ölkələrdən gələnlərin sayı isə 1 468 nəfər olub. Rəsmi statistikanın açıqlandığı son bir il ərzində Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı ölkələr üzrə aşağıdakı kimi olub: Gürcüstan – 1 121 nəfər Rusiya Federasiyası – 1 092 nəfər Türkiyə – 235 nəfər Ukrayna – 152 nəfər Türkmənistan – 98 nəfər Qazaxıstan – 96 nəfər Özbəkistan – 68 nəfər İran – 27 nəfər Qırğızıstan – 19 nəfər Pakistan – 14 nəfər Böyük Britaniya – 12 nəfər Belarus – 12 nəfər Almaniya – 8 nəfər Əfqanıstan – 8 nəfər Moldova – 7 nəfər ABŞ – 5 nəfər Hindistan – 5 nəfər İsrail – 4 nəfər Tacikistan – 4 nəfər Latviya – 1 nəfər Polşa – 1 nəfər Digər xarici ölkələr – 27 nəfər
Geri qayıt
|