Əsas Səhifə > Güney Press > Rusiya ləzgiləri taleyin ümidinə buraxdı
Rusiya ləzgiləri taleyin ümidinə buraxdıBu gün, 14:19 |
|
ABŞ-ın 2 nüfuzlu beyin mərkəzinin (“American Foreign Policy Council” və “Institute for Security and Development Policy”) analitik məhsulu olan “The Central Asia-Caucasus Analyst” vebjurnalı Azərbaycanda və Rusiyada ləzgilərə münasibətə dair olduqca diqqətçəkən müqayisəli təhlil aparıb. Lent.az xəbər verir ki, bu barədə jurnalist Seyfəddin Hüseynli paylaşım edib. Jurnalist paylaşımda qeyd edib ki, özlərini “ləzgi təəssübkeşi” kimi göstərən “fəal” personalar isə ortalıqda görünmür: “Tədqiqatçılar – Laura Linderman və Lydia Savatsky ləzgilərin kompakt yaşadıqları Dağıstan və Azərbaycanın şimal bölgələrində son 150 ilin ən şiddətli yağış suları və daşqınların fəsadlarının aradan qaldırılmasında Rusiya və Azərbaycan dövlətlərinin davranışlarını qiymətləndiriblər. Belə qənaətə gəliblər ki, bu təbii fəlakət zamanı Rusiya Dağıstan ləzgilərini, sözün əsl mənasında, taleyin ümidinə buraxdı. Moskva onların daşqın sularında qərq olmasına göz yumdu. Təcili və təsirli tədbirlər görmək əvəzinə, sadəcə müxtəlif quru iclaslardan kadrlar tirajlayıb “iş gedir” görüntüsü yaratdı. Federal hökumət strukturları daşqının dəhşətli ziyan vurduğu Dağıstan ləzgilərinə vaxtında və real kömək etməklə yox, yardım imitasiyası ilə məşğul oldu. Halbuki Azərbaycan dövləti heç bir etnik kökənə fərq qoymadan dərhal vətəndaşlarının köməyinə tələsdi, dövlət strukturları gecə-gündüz gücləndirilmiş rejimdə çalışdı. Yüzlərlə insan xilas edildi, zərər görmüş infrastrukturun və normal həyatın bərpası üçün dövlət böyük həcmdə vəsait ayırdı. Bütün bunlar ləzgilərə Azərbaycanda və Rusiyada olan münasibətdəki köklü fərqi bir daha aşkar şəkildə ortaya qoydu! Adları çəkilən tədqiqatçılar hesab edirlər ki, Dağıstanda daşqın suları çəkildikcə oradakı ləzgilər üçün daha çox məsələlər üzə çıxacaq. Amma həmin təhlildə xeyli vacib mətləblərə toxunulsa da, əsas bir cəhət gözdən qaçırılıb: Dağıstan ləzgilərinin bu məşəqqətli günlərində bəs daim ləzgilərin hüquqlarından dəm vuran Rusiyadakı “fədakar” ictimai təşkilatlar hara yoxa çıxdılar?! Özlərini “ləzgi təəssübkeşi” kimi göstərən “fəal” personalar indi niyə o zavallı insanların halına biganə qaldılar?! Demək, bu qədər imiş onların ləzgilərə “sevgisi və qayğısı”! Deməli, əslində onların öz növbəti çirkin oyunları, məkrli əməlləri üçün alət axtarmaqdan başqa niyyətləri yox imiş!”. Geri qayıt |