Əsas Səhifə > Güney Press / Ana xəbər > TƏBİB-in yeni şefinin ABSURD İSLAHATLARI...
TƏBİB-in yeni şefinin ABSURD İSLAHATLARI...Bu gün, 12:58 |
|
"TƏBİB yeni rəhbərliyi "öz komandam" prinsipi ilə hərəkət edərək, uzman həkim Azər Əhmədovu Respublika Pediatiriya Mərkəzinin rəhbəri vəzifəsindən uzaqlaşdırıb..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Pərviz Həşimli yazıb.
O daha sonra fikrini belə davam etdirir: "Azər həkim haqqında qısa olaraq deyim.
Kəlbəcər köçkünüdür, atasız böyüyüb, zəhməti və qabiliyyəti ilə 14 il tibb təhsili alıb.
Ölkədə öz sahəsi üzrə seçilən 3-4 uzman-həkimdən biridir.
Türkiyədən dəvətlə Azərbaycana gətiriblər.
OMD adlandırılan Elmi-Tədqiqat Pediatriya İnstitutunun rəhbəri təyin olunandan qısa zaman sonra orada rüşvətə, ayrı-seçkiliyə, laqeyidliyə son qoyub. Qısa zaman sonra rəsmi statistikada OMD-də uşaq ölümlərinin sayı kəskin azalıb.
Sonra Respublika Pediatiriya Mərkəzini qurdu.
Bir zamanlar əksər sadə vətəndaşın belə etibar edib getmədiyi Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasını elə bir vəziyyətə gətirdi ki, indi generallar, nazirlər öz övladlarını oraya aparır.
Onun özü başda olmaqla, komandasının dəqiq müayinəsi, düzgün müalicəsi bütün ölkəyə səs salıb.
Rüşvətdə, dövlətin bir manatında gözü olmayan gənc savadlı kadrı işdən atmağın əsaslandırmasını versinlər.
Şərh bölümündə paylaşdığım linkdə ölkənin uzman həkimlərinin bu qərara rəyi əks olunub.
İndi TƏBİB rəhbərliyi ölkə başçısının bu sahəyə məsul olan köməkçisi Xalid Əhədova bu biabırçı qərarını nə deyib əsaslandıracaq?
Mənə çox maraqlıdır...."
Geri qayıt |