Əsas Səhifə > Güney Press > İrəvan və Moskva açıq döyüşə keçdi: 102-ci baza hədəfdə
İrəvan və Moskva açıq döyüşə keçdi: 102-ci baza hədəfdəBu gün, 12:09 |
|
Rusiyanın Gümrüdəki 102-ci Hərbi Ermənistan seçkilərinə müdaxilədə ittiham edilir. “Cebheinfo.az” xəbər verir ki, Ermənistan QHT-ləri olan "Məlumatlı Vətəndaşlar Birliyi" və "Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisi" Rusiya hərbi bazasına qarşı ittihamlar irəli sürüblər. Onlar iddia edirlər ki, Gümrüdəki 102-ci baza ölkənin seçki proseslərinə təsir göstərmək üçün istifadə olunur. QHT-lər deyirlər ki, bazada işləyən Ermənistan vətəndaşları komandanlıq tərəfindən mənəvi və psixoloji təzyiqə məruz qalırlar. Xüsusilə, bunu baza komandirinin dini işlər üzrə köməkçisi, Ermənistan dövlətçiliyinə qarşı təbliğat aparan Rus Pravoslav Kilsəsinin keşişi Ata Timofey Kazaryan edir. Ata Timofey bazada yerləşən Müqəddəs Aleksandra Pravoslav Kilsəsində xidmət edir. "Baqramyan 26" yazır ki, Kazaryanın əsas günahı onun pravoslavlığı qəbul etməsi və Rus Pravoslav İlahiyyat Seminariyasını bitirməsi, Ermənistan Apostol Kilsəsinin keşişləri ilə sıx əlaqələr saxlamasıdır. Məlumata görə, o, Rusiya Müdafiə Nazirliyindən medal alıb. Ermənistan mətbuatında dərc olunan bu qəbildən yazılar Riyada geniş ək-səda yaradıb."Moskovskiy Komsomolets" qəzetinin məlumatına görə, bu ittiham Paşinyanı dəstəkləyən media tərəfindən də gündəmə gətirildiyinə görə bazaya hücum siqnalının ən yuxarıdan gəldiyi şübhəsizdir: “Artıq bildirmişdik ki, Paşinyan 7 iyun parlament seçkilərindən sonra hakimiyyəti saxlaya bilsə, Gümrüdəki Rusiya bazasının taleyi həll olunacaq. Rusiya sərhədçiləri ilə birlikdə geri çəkiləcək. Fransa Prezidenti Emmanuel Makron Ermənistana son dövlət səfəri zamanı birmənalı şəkildə buna çağırdı. Baza Paşinyanın "Qərbə doğru dönüş" məntiqinə uyğun gəlmir. Bu, Cənubi Qafqaz bölgəsindəki bütün proseslərin əsas moderatoru kimi Rusiyanı əvəz etməyə çalışan Türkiyə üçün bir maneədir. Bazanın ləğvi Paşinyanın növbəti müddətində həll ediləcəyi bir vəzifədir, lakin artıq təməl qoyulub”. Qəzet Rusiya Müdafiə Nazirliyindən medal aldığı deyilən keşişi Ata Timofey Kazaryana qarşı ittihamlara da diqqət çəkib: “Bu məntiqə əsasən, Ermənistanın Baş naziri Nikol Paşinyan və Prezident Vaaqn Xaçaturyanı xəyanətdə ittiham etmək olar, hər ikisi bu yaxınlarda Fransa Şərəf Legionunun Böyük Xaçı ilə təltif edilib. Bu mükafatın Fransaya görkəmli hərbi və ya mülki xidmətlərinə görə verildiyi məlumdur. Bundan əlavə, xatırlatmaq lazımdır ki, Ermənistanın müdafiə naziri Suren Papikyan əvvəllər Şərəf Legionu ilə təltif olunub. Sual budur ki, bu vətəndaşların Fransaya göstərdiyi mülki və xüsusilə hərbi xidmətlər nələrdir? Və nə üçün Fransa mükafatı almaq şərəf, Rusiya mükafatı almaq isə xəyanət hesab olunur?” Qəzet yazır ki, 102-ci bazaya qarşı ittiham irəli sürən hər iki QHT uzun illərdir ki, Soros Fondu kimi tanınan Açıq Cəmiyyət Fondu tərəfindən maliyyələşdirilir: “Hər iki QHT 2018-ci il "məxməri inqilab"ı fəal şəkildə dəstəkləyib, birbaşa iştirak edib və sonradan onların "məzunları" yeni hökumətin ofislərində və dəhlizlərində yerləşdirildilər. Bu təşkilatlar Paşinyan hakimiyyəti ilə sıx bağlıdır və onun qorunub saxlanılmasında maraqlıdırlar”. Qəzet xatırladır ki, Avropa İttifaqı İrəvanın xahişi ilə "hibrid təhdidlər"lə mübarizə aparmaq üçün Ermənistana mülki missiya göndərmək qərarına gəlib: “Bu, əlbəttə ki, Rusiyadan gələn təhdidlərə aiddir. Avropalılar Ermənistan üçün başqa heç bir təhdid görmürlər. Avropa Xarici Fəaliyyət Xidməti tərəfindən təqdim edilən "Ermənistana Böhran Yanaşması üçün Siyasi Çərçivə" sənədində açıq şəkildə bildirilir ki, Aİ Rusiyanın regiondakı təsirinin zəiflədiyi bir vaxtda regional oyunçuların Moskvanın qucağından azad olmasına imkan verəcək tarixi fürsəti əldən verməməlidir. Orada xüsusilə qeyd olunur ki, Rusiya hərbi bazası Ermənistan ərazisində yerləşir və Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərini patrul edir. "Hibrid təhdid" müəyyən edilib, onu zərərsizləşdirmək üçün vəsait ayrılıb. “Podratçılar” işə başlayıblar”. 102-ci baza Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında 1995-ci il müqaviləsinə əsasən Ermənistanda yerləşir. Müqavilə 2044-cü ilə qədər qüvvədədir və birtərəfli qaydada ləğv edilə bilməz. Lakin müqavilə qarşılıqlı razılaşma yolu ilə yenidən nəzərdən keçirilə bilər. Paşinyan gələcəkdə bazanın çıxarılması məsələsini qaldıra bilər: “Bu yaxınlarda o, Ermənistanın 102-ci Rusiya hərbi bazasının Ermənistan ərazisində olması ilə bağlı heç bir planı, proqramı və ya hər hansı bir sualı olmadığını deyib. Lakin 9 may 2018-ci ildə hakimiyyətə gəldikdən dərhal sonra Qarabağla bağlı da "Qarabağ Ermənistandır, nöqtə!" demişdi. İndi isə tamamilə fərqli bir şey deyir”. Geri qayıt |