Əsas Səhifə > Güney Press > "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi"nin yenidən vergi borcu yarandı

"Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi"nin yenidən vergi borcu yarandı


Bu gün, 05:31

"AZƏRAQRAR DÖVLƏT İSTEHSALAT VƏ EMAL BİRLİYİ" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırda dövlət büdcəsinə yenidən vergi borcu yaranıb.

32gun.az-ın məlumatına görə, MMC-nin 35 min 23 manat 60 qəpik məbləğində vergi borcu olduğu məlum olub.

Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, ev 31, 23-cü məhəllə ünvanında hüquqi qeydiyyatda olan dövlət şirkətinin nizamnamə kapitalı 5000 manat təşkil edir. Müəssisənin qanuni təmsilçisi isə Hüseynov Hikmət Məhərrəm oğludur.

Qeyd edək ki, "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" (ADİEB) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən dövlət müəssisəsidir. 2018-ci il sentyabrın 26-da yaradılmış bu qurum aqrar sahədə istehsal və emal proseslərinin səmərəli təşkili ilə məşğuldur.

"Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin rəhbəri 2025-ci ilin sonlarında təyin edilmiş Hikmət Hüseynovdur

"Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nazirliyin rəhbəri Məcnun Məmmədovdur.


Geri qayıt