Əsas Səhifə > Güney Press > İranın "absurd" diplomatiya cəhdi:

İranın "absurd" diplomatiya cəhdi:


Bu gün, 13:07

İran Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ və İran münaqişəsinin həllinin yalnız Tehranın irəli sürdüyü 14 bəndlik şərtlərin qəbul ediləcəyi təqdirdə mümkün olacağını, digər alternativlərin Vaşinqton üçün uğursuzluqla nəticələnəcəyini açıqlayıb.

Politoloq Xəqani Cəfərli Yenicag.az-a verdiyi açıqlamada Qalibafın bu fikirlərini kəskin tənqid edərək, bu cür bəyanatların reallıqdan uzaq olduğunu bildirib:

“İranın ABŞ ilə münaqişənin tənzimlənməsi istiqamətində irəli sürdüyü 14 bəndlik təklifə alternativin olmaması haqqında Məclis sədrinin “X” sosial şəbəkəsindəki paylaşımı birbaşa rejimin təbliğatına xidmət edir. Qalibafın “proses uzanarsa, amerikalı vergiödəyicilər bunun əvəzini ağır ödəyəcək” iddiası Tehranın reallıqları necə təhrif etdiyini göstərir.

Əslində, Hörmüz boğazındakı gərginlik ABŞ-ın neft-qaz sənayesi üçün bir növ ‘intibah’ yaradıb. Amerika şirkətləri bu vəziyyətdən 50 milyard dollardan artıq mənfəət əldə ediblər. Sıxılmış qaz (LNG) ixrac edən ABŞ şirkətləri satış həcmini ciddi şəkildə artırıblar ki, bu da federal büdcənin gəlirlərinin yüksəlməsinə səbəb olub. Digər tərəfdən, İranda isə ən zəruri malların qıtlığı yaşanır. Məsuliyyətini dərk etməyən İran rəsmilərinin bu cür absurd fikirlərini şərh etməkdən yoruldum, lakin onlar bu sərsəm bəyanatlarla dünyanı aldatmağa çalışmaqdan yorulmurlar.”


Geri qayıt