Əsas Səhifə > Güney Press > Putin Paşinyanı TƏHDİD ETDİ
Putin Paşinyanı TƏHDİD ETDİBu gün, 12:59 |
|
Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin Ermənistanın “Avropa yolu”nun Moskva ilə münasibətlərə təsir göstərəcəyini bildirib. KONKRET.az xəbər verir ki, TASS-a müsahibəsində diplomat qeyd edib ki, Rusiyanın baş nazir müavini Aleksey Overçukun Ermənistanla bağlı səsləndirdiyi fikirlər rəsmi Moskvanın İrəvana verdiyi siqnalların tərkib hissəsidir.
Onun sözlərinə görə, İrəvanın “Avropa yolu” üzrə irəliləməsi müəyyən mərhələdə Rusiya-Ermənistan münasibətlərində sistemli dəyişikliklərə gətirib çıxara bilər.
“Brüsselin məqsədi Ermənistana və ya Cənubi Qafqaz ölkələrinə qayğı göstərmək deyil. Onların əsas marağı Rusiyaya qarşı yönəlmiş geosiyasi vəzifələrin həyata keçirilməsidir”, – deyə diplomat əlavə edib. Geri qayıt |