Əsas Səhifə > Güney Press > "Kinematoqrafçılar İttifaqı kolxoz bazarı deyil"
"Kinematoqrafçılar İttifaqı kolxoz bazarı deyil"Bu gün, 12:42 |
|
"Bunlar böyük səhv ediblər. Namizədlər qurultayda açıqlanır. İndidən namizəd olmağa onların ixtiyarı yoxdur. Çünki hər ikisi vəzifədədir və bu qurumda vəzifə tuturlar".
Bunu Qaynarinfo-ya açıqlamasında Şeyx Əbdül Mahmudbəyov Kinematoqrafçılar İttifaqının sədri postuna adları hallanan iki namizəd barədə danışarkən deyib.
Onun sözlərinə görə, qurultayda ittifaqın sədrinin səlahiyyətlərinə xitam verilir və İdarə Heyəti buraxılır:
"Eyni hüquqi şəraitdə namizədlər irəli sürülür, səsvermə yolu ilə sədr və İdarə Heyəti seçilir. İttifaqda vəzifədə ola-ola namizəd olmaq böyük səhv və günahdır. Guya nizamnamələrində belə bir bənd var. Hüquqi dövlətdə yaşayırıq. Özləri üçün ictimai rəy formalaşdırırlar, özlərini gözə soxurlar. Əli İsa Cabbarov böyük səhv edib. Buna görə onların namizədliyini ləğv etmək lazımdır".
Xalq artisti bildirib ki, qurultayda hər kəs namizədliyini irəli sürə bilər:
"Bunların hamısı hüquqi savadsızlıqdan irəli gəlir. Elə bilirlər kolxoz bazarıdır, başlarına beş-altı nəfəri yığıb sədr seçəcəklər. Kinematoqrafçılar İttifaqının sədri tanınmış şəxsiyyət, həmçinin kinorejissor və məşhur kino adamı olmalıdır".
Şeyx Əbdül bildirib ki, bu gün kinonun vəziyyəti ağırdır:
"Bunun üçün də sədr nüfuzlu biri olmalıdır. Dövlət, ictimaiyyət və cəmiyyət yanında nüfuzu olan biri seçilməlidir. Əli İsa Cabbarovu kim tanıyır? O, heç JEK müdirinin qəbuluna girə bilmir".
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə namizədlər məlum olub. Namizədlərdən biri Şəfiqə Məmmədova, digəri isə Əli İsa Cabbarovdur. Şəfiqə Məmmədova hazırda ittifaq sədrinin səlahiyyətlərini icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir.
Geri qayıt |