Əsas Səhifə > Güney Press > Dələduzluq edən qadının məhkəməsi keçirildi
Dələduzluq edən qadının məhkəməsi keçirildiBu gün, 12:00 |
|
Vətəndaşlara müxtəlif vədlər verərək külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Şəbnəm İsrafilovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. "Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, iş üzrə 3 zərərçəkmiş şəxs var və istintaq dövründə təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Daha sonra dövlət ittihamçısı Rauf Malışov işin məhkəmə baxışına verilməsini və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını təklif edib. Zərərçəkmiş Baxış Məmmədov məhkəməyə vəsatət verərək bildirib ki, təqsirləndirilən şəxs ona dəymiş ziyandan heçnə qaytarmayıb və onun barəsində qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilsini xahiş edib. Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra qərarı elan edib. Qərara əsasən, cinayət işi məhkəmə baxışına verilib və zərərçəkmiş şəxsin vəsatəti təmin edilməyib. Məhkəmənin ilk baxış iclası mayın 20-nə təyin edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb. Geri qayıt |