Əsas Səhifə > Güney Press > Əli İsa Cabbarov AKİ sədrliyinə namizəddir?

Əli İsa Cabbarov AKİ sədrliyinə namizəddir?


Bu gün, 11:46

“Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) sədrliyə namizədlərin adını qurultaya bir neçə gün qalmış elan edəcək. Mənim sədrliyə namizəd olmağım hələ dəqiq açıqlanmış qərar deyil. İdarə Heyəti ümumi iclasda sədrliyə namizəd kimi tövsiyyə xarakterli fikirlər səsləndirib”.

Bunu “Yeni Sabah”a AKİ katibi Əli İsa Cabbarov deyib.

Onun sözlərinə görə, sədrliyə real namizədlərin adları hələlik açıqlanmayıb: 

“Mənə elə gəlir ki, Azərbaycan kinosu bu günə qədər xeyli iş görüb. Bu işlər uğurla davam etdirilməlidir. Mədəniyyət Nazirliyi və Kino Agentliyi birlikdə uğurla layihələrə imza atmalıdır. İşlərin tam qaydaya düşməsi üçün də daha fəal olmalı və beynəlxalq əlaqələri genişləndirməliyik. Məncə, nəsillər arasında bir harmoniya yaratmalıyıq. Bundan sonra AKİ-də olacaq istənilən dəyişiklik də sənətkarlarımıza hörmətlə həyata keçirirlməli və mütləq şəkildə yenilənmələr olmalıdır. Başqa yol yoxdur. Azərbaycan kinosunu sabaha aparmalıyıq. Qurultaya da yalnız bu şüarla gedəcəm və namizədimi irəli sürəcəm. Düşünürəm ki, seçilən şəxs kino üçün uğurlu adam olacaq”.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir. İttifaqın qurultayı mayın 26-da keçiriləcək.


Geri qayıt