Əsas Səhifə > Güney Press > Bakıda içi dolu ANBAR YANIR

Bakıda içi dolu ANBAR YANIR


Bu gün, 07:13

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

"DİA-AZ" xəbər verir ki, məlumatla əlaqədar əraziyə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

İlkin məlumata görə, güclü yanğın logistika mərkəzilərindən birinə məxsus anbarda baş verib.


Geri qayıt