Əsas Səhifə > Güney Press > Rusiya “qardaş xalqı boşamaq” istəmir
Rusiya “qardaş xalqı boşamaq” istəmirBu gün, 14:52 |
|
Ermənistan Avropa Birliyi yolunu seçərsə, bir çox ailə bir-biri ilə əlaqəsini itirəcək. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski yerli mediaya müsahibəsində deyib. O bildirib ki, Ermənistanla “yumşaq boşanma”nın Rusiya üçün demək olar ki, heç bir mənfi tərəfi yoxdur: “Rusiya Ermənistana enerji resurslarını güzəştli qiymətlərlə tədarük edir ki, bu da Rusiya iqtisadiyyatına zərər vurur. Qardaş respublikaya güzəştli qiymətlərlə tədarük edilən və yerli iş adamlarına əlavə gəlir gətirən qidalar da var. Yüz illik ortaq tariximiz ərzində ermənilərin 50 faizi Rusiya ərazisində yaşayıb. Erməni xalqı bizim üçün qardaş xalqdır. Rusiya və erməni xalqlarının dostluq münasibətlərini qoruması vacibdir, çünki bu, daimi əlaqələr və sərbəst hərəkət deməkdir”. O əlavə edib ki, AB-yə qoşulacağı təqdirdə Ermənistan Rusiya ilə sərhədini bağlamaq məcburiyyətində qalacaq və bu da bir çox ailənin bir-biri ilə əlaqəsini itirməsinə səbəb olacaq. Eyni zamanda, o, ölkədə hələ də dövlətçilik ideyasına sadiq qalan və Rusiya ilə münasibətlərin kəsilməsinə imkan verməyəcək bir çox siyasətçinin olduğuna ümid etdiyini bildirib. Geri qayıt |