Əsas Səhifə > Güney Press > Ağdamda dəhşət

Ağdamda dəhşət


Bu gün, 10:03

Ağdamda rayonu ərazisində baş verən ağır yol qəzasında ölənlərin kimliyi məlum olub.

"DİA-AZ" Teleqraf-a istinadən xəbər verir ki, "Hundai" markalı avtomobillə "VAZ" 2106 markalı avtomobilin toqquşması nəticəsində leytenant Mehtiyev Faiq Xanqulu oğlu, çavuş Qəhrəmanov Saday Yaqub oğlu, çavuş Novruzov Ruslan Ramil oğlu və Abbasov İsmayıl Abdulla oğlu vəfat ediblər.

"Hundai" markalı avtomobilin sürücüsü Cəfərov Sadiq Rafael oğlu ilə xərasət alıb.

09:51

Ağdamda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Bərdə - Xankəndi yolunun Xıdırlı kənd ərazisindən keçən hissəsində baş verib.

Belə ki, "VAZ-2106" və "Hyundai" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralıların xəstəxanaya çatdırılması üçün hadisə yerinə həkim briqadaları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Geri qayıt