Əsas Səhifə > Güney Press > Güllələnən kafe sahibi barədə yeni məlumatlar

Güllələnən kafe sahibi barədə yeni məlumatlar


Bu gün, 12:05

Bu gecə Zaqatalada güllələnən kafe sahibi ilə bağlı yeni detallar məlum olub.

Bakupost.az-a daxil olan məlumata görə, hadisə zamanı yaralanan İsa Bolayev 4 azyaşlı məktəbli qız atasıdır. O, Zaqatala rayonunda icarəyə götürdüyü kafeni işlədirmiş.
Bildirilir ki, hadisədən təxminən bir ay əvvəl İ.Bolayevlə kafenin sahibləri arasında dava düşüb. Güman edilir ki, o, həmin şəxslərdən biri tərəfindən güllələnib.
Qeyd edək ki, İsa Bolayev naməlum şəxs tərəfindən ov tüfəngi ilə güllələnib. Yaralı ilkin tibbi yardımdan sonra Bakıya gətirilib. Hazırda onun müalicəsi davam etdirilir.

Geri qayıt