Əsas Səhifə > Güney Press > Azərbaycan və Ermənistan sərhəd delimitasiyası üzrə üç sənəd layihəsini razılaşdırıb
Azərbaycan və Ermənistan sərhəd delimitasiyası üzrə üç sənəd layihəsini razılaşdırıbBu gün, 11:56 |
|
Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası məsələləri üzrə komissiyaların sonuncu iclasında bu istiqamətdə aparılacaq növbəti işlər üçün mühüm əhəmiyyətə malik üç sənəd layihəsini razılaşdırıblar. "Report"un Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Baş nazirinin müavini Mher Qriqoryan məlumat verib. "Onlar proseduru təsvir edir, daha çox texniki xarakterlidir, lakin buna baxmayaraq, vacibdirlər, çünki biz fəaliyyətimizi bu sənədlərə uyğun olaraq davam etdirməliyik", – o bildirib. Geri qayıt |