Əsas Səhifə > Güney Press > Avropa Zelenskinin "öyüd-nəsihətlərindən" yorulub
Avropa Zelenskinin "öyüd-nəsihətlərindən" yorulubBu gün, 10:57 |
|
Avropa ölkələrinin liderləri Volodimir Zelenskinin Avropaya qarşı daha sərt ritorikasından və xarici siyasətçilərə tez-tez dərs keçmək meylindən yorulmağa başlayıblar. Sherg.az xəbər verir ki, bu barədə "Politico" yazır. Nəşr qeyd edir ki, “Avropa Zelenskinin öyüd-nəsihətlərindən yorulur. O, Avropa liderlərinə daha çox mühazirə oxumağa başlayıb. Bu il müttəfiqlərlə ünsiyyətdə nəzərəçarpacaq dərəcədə daha sərt və əmrverici tona keçib”. “Bu isə qıcıq doğurur”, - deyə materialda bildirilir. Keçmiş yüksək vəzifəli ukraynalı diplomatın sözlərinə görə, hazırda Kiyev ilə Brüssel arasındakı münasibətlər gərgin vəziyyətdədir və müharibə dövründə ən aşağı nöqtəsinə çatıb. "Politico"nun yazdığına görə, aprel ayında Kiprdə keçirilən qeyri-rəsmiAvropa İttifaqı sammitində Zelenski Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı gözləntilərinə və uzun illərə yayılan mərhələli üzvlük prosesini qəbul etməməsinə görə Avropa liderləri tərəfindən sərt tənqid olunub. Məqalədə bildirilir ki, onun ritorikası Ukraynanın silah, diplomatik və maliyyə dəstəyi baxımından arxalandığı tərəfdaşları uzaqlaşdıra bilər. Qeyd olunur ki, təkcə ötən ay Avropa İttifaqı Kiyevə 90 milyard avro kredit ayrılmasına razılıq verib. Zelenskinin keçmiş müşavirlərindən biri isə nəşrə bildirib ki, Ukrayna lideri artıq demək olar ki, Donald Tramp administrasiyası ilə işləməkdən əlini üzməyə hazırdır. Bununla belə, Vaşinqton Almaniyaya sonradan Ukraynaya göndərilməsi üçün Patriot raketləri satdığı müddətdə vəziyyət Kiyevi qane edir. Mənbənin sözlərinə görə, ABŞ ilə Aİ arasındakı fikir ayrılığı Zelenskini ritorikasını daha da sərtləşdirməyə sövq edib. Geri qayıt |