Əsas Səhifə > Güney Press / Partiya > Paşinyan SÜLH MASASINDA riyakarlıq edir
Paşinyan SÜLH MASASINDA riyakarlıq edirBu gün, 05:53 |
|
"Elə bilirdinizsə ki, Ermənistanın Qərblə yaxınlaşmasından Azərbaycan da öz-özünə, indiki axarla, oxşar miqyasda iqtisadi fayda əldə edəcək, tamamən yanılırsınız. Sübut üçün uzağa getmək də lazım deyil. Bir hadisəni xatırladım..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının qurucu üzvü İlqar Məmmədov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Ötən həftə Azərbaycan Avropa Parlamenti ilə münasibətlərini niyə dayandırdı? Çünki Avropa Parlamenti özünün Ermənistanla bağlı qətnaməsinə Azərbaycanı pisləyən iki bənd əlavə etdi. İndi sual olunur. Nikol Paşinyan bu əlavələrin qarşısını ala bilərdimi? Bəli, ala bilərdi. Layihəni də əvvəlcədən görmüşdü və istəsəydi Avropa deputatlarına deyərdi ki, bu mətn sülhə xidmət eləmir, onu burdan çıxarın. Üstəgəl, qətnamə özü Ermənistanın gələcəyi haqqında idi, Azərbaycanın ki yox, orda bizim bizi pisləməyin heç yeri yox idi.
Amma Paşinyan heç nə etmədi, sənədin qəbuluna mane olmadı. Və bu fakt Azərbaycana gələcək haqqında ciddi siqnal verir. Bizim Qərblə münasibətlərin atmosferi nə qədər pis qalarsa, Qərbdəki zəngin maliyyə və istehlak bazarından Ermənistan özünə bir o qədər fürsətlər qoparacaq. Sərmayə və iqtisadi layihələr onu bizdən daha zəngin etməkdədir. Artıq indinin özündə Ermənistanda maaşlar bizdəkindən təxminən 25% çoxdur. İndinin özündə Ermənistanda banklarda saxlanılan pul bizdəkindən adam başına ölçüdə az qala üç dəfə çoxdur. İndinin özündə Ermənistanın ümumi daxili məhsulu illərdir bizimkindən qat-qat sürətlə artır.
Paşinyanın məqsədi bizi yox, Ermənistanı zənginləşdirməkdir və özü də elə bir yolla ki, Azərbaycanı iqtisadi baxımdan geridə qoyub həm də hərbi üstünlüyümüzü mənasızlaşdırsın. Rəqəmlərdən də gördüyünüz kimi buna tədricən nail olur..."
Geri qayıt |