Əsas Səhifə > Güney Press / Ana xəbər > Ağstafada şərikli alverə girişənlər indi məhkəməlik olublar

Ağstafada şərikli alverə girişənlər indi məhkəməlik olublar


20-06-2014, 13:06
Ağstafada şərikli alverə girişənlər indi məhkəməlik olublar
Agstafa rayon Eynallı kənd sakini Osmanov Tahir Tat oğlu Devrinnebzi.com-a müraciət edərək bildirib ki, 2012-ci ilin yay aylarında Agstafa rayon Aşağı Göycəli kənd sakini Əliyev Aydın Hadı oğlu ilə birlikdə alver etmək məqsədi ilə dəyəri 2616 manat olan 1616 yeşik xurma yığdiq. Həmin yığdığımız məhsulun satışını Aydın Əliyev öz üzərinə götürmüşdü.

Aydın Əliyev isə bu malların satılıb pulunu Osmanov Tahir Tat oğluna verəcəyini bildirmişdir. Bir müddətdən sonra Aydın Əliyev bu pulu oəməkdən boyun qaçırır, nəticədə 2616 manat pul Osmanov Tahirin üzerinə düşür. Osmanov Tahir bildirdi ki, 2616manat dəyərində olan, kəndlilərdən yiğdığı məhsulun borcunu qaytarmaq üçün bankdan 1300 manat kredit götürüb borcun bir qismini ödədim. Yaranan vəziyyətə görə Agstafa rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etdim. Agstafa rayon məhkəməsi qətnamə çıxararaq qət etdi ki, Agstafa rayon Yuxarı Göycəli kəndində anadan olmuş cavabdeh Əliyev Aydın Hadı oğlundan 2600 manat pul, Osmanov Tahir Tat oğluna alınıb verilsin.

Cavabdeh şəxs bu ödənişdən boyun qaçırdığı üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə əsasən təqsirli bilindiyinə görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati qaydada 500 manat cərimə edilmişdir. Bunlara aydinlıq gətirmək üçün Agstafa rayon məhkəməsinin İcra Qrupunun məmuru Namik Telman oğlu Mansırovdan müsahibə aldiq. İcra məmuru Namik Mansırov bildirdiki cavabdeh Aydın Əliyev hal-hazırda iş yeri olmadığı üçün qalıq borcu hissə-hissə ödəyir və onun 890-manat borcu qalib.

Mülkü məcəllənin 1097.1-ci maddəsinə əsasən mülkü hüququ pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüququ şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Əminik ki, Agstafa rayon məhkəməsi, Agstafa rayon İcra Qrupunun məmurları zərərçəkən Osmanov Tahir Tat oğlunun şikayətini tam təmin edəcəklər. Azərbaycan Respublikasının Mülkü Prossesual Məcəlləsinin 216, 217, 223-cü maddələrinə müvafiq olaraq cavabdeh Əliyev Aydın Hadı oğlundan qalıq borcun alınıb Osmanov Tahir Tat oğluna verilməsini təmin edəcək.

Geri qayıt