Əsas Səhifə > Güney Press > İsrail ordusunun 3 əsgəri İrana casusluqda şübhəli bilinir
İsrail ordusunun 3 əsgəri İrana casusluqda şübhəli bilinirBu gün, 13:06 |
|
İsraildə İran kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən 4 nəfər həbs edilib. APA xəbər verir ki, bu barədə İsrail polisi, Daxili Təhlükəsizlik Xidməti və ordu birgə məlumat yayıb. Məlumata görə, İran kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinənlərdən üçü əsgər, bir nəfər isə mülki şəxsdir. Məlumatda deyilir ki, əsgərlər hələ hərbi xidmətdən əvvəl, yeniyetmə yaşlarında İran kəşfiyyatı ilə əlaqədə olublar və casusluq əməliyyatlarında iştirak ediblər. İsrail Hərbi Hava Qüvvələrinin texniki məktəbində təlim keçən əsgərlər sözügedən obyektin və ətrafının fotolarını çəkib İrana göndəriblər. Saxlanılanlar dəmiryolu stansiyaları, ticarət mərkəzləri və təhlükəsizlik kameraları ilə bağlı məlumatları da İran kəşfiyyatına ötürüblər. Mart ayında həbs olunan 4 nəfər bu gün məhkəmə qarşısına çıxarılacaq. Geri qayıt |