Əsas Səhifə > Güney Press > “Bakıxanov-Çörək” şirkəti səhmdarlarına dividend verəcək
“Bakıxanov-Çörək” şirkəti səhmdarlarına dividend verəcəkBu gün, 11:47 |
|
30 iyun 2026-cı il saat 11:00-da “Bakıxanov-Çörək” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir. Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. Cəmiyyətin 2025-ci il üzrə illik hesabatının müzakirəsi və təsdiqi. 2. 2025-ci ilin nəticələri üzrə dividendlərin verilməsi. 3. Cəmiyyətin müşahidə şurasının müfəttişinin seçilməsi. Səhmdarlar ümumi yığıncağın gündəliyi ilə bağlı materiallarla Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 26 B nömrəli ünvanda iş günləri saat 10:00-dan 16:00-dək tanış ola bilərlər. Səhmdarların ümumi yığıncağı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 37A nömrəli ünvanda “Badukubə” şadlıq evində keçiriləcəkdir. Geri qayıt |