Əsas Səhifə > Güney Press / Ana xəbər > İŞİD-in arxasında dayanan Amerika nəyi necə istəyir?
İŞİD-in arxasında dayanan Amerika nəyi necə istəyir?20-06-2014, 12:49 |
![]() Dünən rəsmi Ankara Suriyada yaradılmış və çoxsaylı qətllərdə iştirak etdiyi deyilən, ABŞ və Avropanın böyük ölkələri, eləcə də Türkiyə tərəfindən terrorçu təşkilat adlandırılaraq adı В«qara siyahıВ»ya salınan Ən-Nusra Cəbhəsinə qarşı xoşməramlı addım atıb. Yəni onun adını В«qara siyahıВ»dan çıxarıb. Bununla da hər kəsdə belə fikir oyanıb ki, Ankara bu hərəkəti ilə İraqda gündə bir şəhəri işğal edən В«İraq və Şam İslam DövlətiВ»ndən (İŞİD) qisas almaq niyyətindədir. Hansı ki, digər qrup bu söyləntiləri rədd edərək, əksinə, Türikyənin elə İŞİD-lə də isti münasibətlərinin mövcud olduğunu bildirir. Elə isə araşdıraq, görək bu Ən-Nusra Cəbhəsinin mahiyyəti nədir və istiqamətləri hansı siyasi qütbə çevrilib. Məqsədli yaranış Ən-Nusra Cəbhəsi 2011-ci ilin sentyabrında Suriyada sünni mənşəli qruplar tərəfindən yaradılmış islamçı mücahit təşkilatıdır. Yaranma məqsədi Suriyada Bəşər Əsəd rejimini devirmək və bu yolla öz ideologiyasını yaymaqdır. Qruplaşmanın lideri Əbu Məhəmməd əl-Gilanidir. Sonradan adı ABŞ və Qərbin bir sıra dövlətləri tərəfindən В«qara siyahıВ»ya salınan təşkilat Suriyada üçüncü iri qrnuplaşmadır. 2013-cü ilin aprelində В«Əl-QaidaВ»ya birləşdiyini elan edən Ən-Nusra Cəbhəsinin sıralarında ilk vaxitlar 2-3 min döyüşçü olsa da, bu gün ən azından 6 min təlim keçmiş döyüşçünün mövcudluğundan söhbət gedir. Ən-Nusra Cəbhəsinin yaradılma prosesində şəxsən ABŞ-ın da iştirak etməsi barədə məlumatalar dolaşır. Özü də bu təşkilatın yaranma tarixi 2011-ci il göstərilsə də, əslində 2003-cü ildir. Məsələ ondadır ki, Ən-Nusra Cəbhəsi 2003-cü ildə В«Əl-QaidaВ»nın İraq qolu kimi ortaya çıxıb, indiki adını isə 3 il öncə alıb. …Əsəd yardım edirdi Bu gün Bəşər Əsədə qarşı savaşan Ən-Nusra Cəbhəsinin inkişafında, əslində Suriya prezidentinin böyük rolu olub. O, atası Hafiz Əsəd kimi В«Əl-QaidaВ»nın İraq qolu olan zaman bu təşkilata xəlvətcə böyük miqdarda maliyyə və silah-sursat yardımı edib. Çünki o vaxt təşkilatın məqsədi İraqda lövhər salan ABŞ və onun koalisiyasına qarşı vuruşmaq idi və Əsəd də onları dəstəkləyirdi. Hətta təşkilatın suriya ərazisində mənzillənərək, sıralarına döyüşçü toplamasına da o vaxt Əsəd rejimi səssiz qaldı. Ancaq ABŞ İraqdan çıxandan sonra bu ölkədəki В«Əl-QaidaВ»çılar Suriyaya göndərildi. Silahlılardan təhlükə hiss edən Əsəd qüvvələri onlara qarşı xüsusi əməliyyatlara start verdi. Təzyiqlərə duruş gətirməyən В«Əl-QaidaВ»çılar o vaxt yenidən İraqa qaçdılar. Ancaq Suriyada vətəndaş savaşı başlayandan sonra təkrar dəstə-dəstə suriyalı müxalilərin köməyinə tələsdilər. Yeri gəlmişkən, Ən-Nusra Cəbhəsinin indiki lideri Əbu Məhəmməd əl-Gilani də məhz həmin döyüşçülərdən biridir. Ən-Nusra Cəbhəsinin rəhbər kadrlarının böyük hissəsinin əcnəbilər olduğu deyilir. Təşkilatın kəşfiyyat sistemi çox güclü və genişəhatəlidir. Hətta iddia olunur ki, bu gün Suriya hökumətində, ordusunda və polisində istənilən sayda Ən-Nusra Cəbhəsinə bağlı insanlar var. Təşkilatın başında dayanan şəxslərin əsasən Iraq və İordaniya vətəndaşları olmasına baxmayaraq, sıravi heyətlər arasında Şimali Afrika və Fars körfəzi ölkələrindən, Əfqanıstan, Pakistan, Çeçenistan və sairdən gələnlər çoxluq təşkil edir. В«Əl-QaidaВ»nın davamçıları Ən-Nusra Cəbhəsinin döyüş taktikasının məğzində insanların sıx yerlərində qəfil silahlı hücumlar, bomba yüklü maşınların partladılması, şəxslərin bellərinə bomba bağlayaraq adamlar arasında intihar etmələri və sair dayanır. Eyni zamanda, təşkilat Əsədi dəstəkləyən media nümayəndələrini, hökumət rəsmilərini hədəf seçib. Əsas məsələ budur ki, Ən-Nusra Cəbhəsi hərbi rəhbərliyinin və döyüşçülərinin müharibədə təcrübələri böyük olması və В«Əl-QaidaВ», eləcə də digər 3-cü ölkələr vasitəsilə ağır silahları əldə edə bilməsi onun əhəmiyyətini artırmaqdadır. Çox maraqlıdır ki, təşkilatın rəhbəri olan Gilani indiyədək vur-tut 4-5 liderli mesajı yayımlayıb. Bunlardan biri isə aprelin 9-da В«Əl-QaidaВ»nın internet səhifəsində təqdim edilmişdi. O, həmin audimesajında bildirirdi ki, özlərini В«Əl-QaidaВ»ya bağlı hesab edirlər, eləcə də bu təşkilatın İraq qanadından hərtərəfli dəstək alırlar. Eyni zamanda, qeyd edək ki, Ən-Nusra Cəbhəsi həm də Pakistanda mənzillənən В«Əl-QaidaВ»nın mərkəzi qərargahından da yardım alır. Elə isə Türkiyənin Ən-Nusra Cəbhəsinin adını nəyə görə terrorçuların siyahısından çıxarması başadüşülən görünmür. Obamanın qorxusu Birləşmiş Ştatlar prezidenti Barak Obama müxalifət düşərgəsində radikal Ən-Nusra Cəbhəsinin Əsəddən sonrakı dönəmdə bir nömrəli güc olaraq Suriyada bütün siyasi proseslərə nəzarəti ələ ala biləcəyindən əndişəlidir. Ona görə də istəyir ki, Suriyada nazirliklər, ordu, polis – bütün hakimiyyət institutları qorunsun, müharibədən sonra pilləli şəkildə islahatlar aparılsın, məmurlar yenilənsin və təbii ki, Əsəd ən sonda postunu tərk etsin. Ən-Nusra Cəbhəsinin ilk gündən ABŞ tərəfindən dəstəkləndiyi danılmaz faktdır. Çünki onun icazəsi olmadan təşkilatın indiki səviyyədə güclənməsi mümkün deyildi. Üstəlik, Səudiyyə Ərəbistanı və Qətərin Ən-Nusra Cəbhəsinə maliyyə yardımı göstərməsi də Vaşinqtonun icazəsindən asılı olub. Bu barədə öyrənmək istəyənlər amerikalı QHT təmsilçisi, siyasi fəal və CIA-nın agenti olduğu aşkarlanan Ketrin Eltellinin Livanda – Renküsdə nə etdiyini soruşa bilər. O, həmin yerdə pul, kordinatlar, texniki məlumatlar, Dəməşq və ətrafında Suriya ordusunun hərəkətini əks etdirən peykdən çəkilmiş şəkillər və ən müasir hərbi-rabitə cihazlarını Ən-Nusra Cəbhəsinin liderlərindən birinə təhvil verib… Silah-sursata gəlincə, burada da problem yoxdur, ABŞ onu yerli ərəb agentlərin vasitəsilə təşkilata ötürüb. ABŞ şərt qoyur Türkiyənin Ən-Nusra Cəbhəsini terrorçuların siyahısından çıxarması, düşünürəm ki, heç də ABŞ-ın siyasətinə qraşı çıxmaq deyil. Niyə? Ona görə ki, BMT TŞ iyunun 2-də adıçəkilən təşkilatı İraq В«Əl-QaidaВ»sı ilə əlaqəli təşkilatlar siyahısından çıxarıb. Ankara da öz qərarını məhz TŞ-nın qərarına bağlayır. Maraqlıdır ki, TŞ-nın qərarından cəmi 10 gün sonra İŞİD İraqın Mosul şəhərini zəbt etdi. Son günlər müzakirə predmetinə çevrilmiş Ən-Nusra Cəbhəsinin döyüşçülərinin ABŞ-ın müttəfiqi olan ölkələrin ərazilərində, bəlkə də amerikalı hərbçilərin köməyi ilə təlimlər keçdiyi bəllidir. Məsələn, təşkilatın İordaniyada ən azı 2 min nəfər potensial döyüşçüsü mövcuddur. İordaniya isə Birləşmiş Ştatların Yaxın Şərqdə ən etibarlı müttəfiqidir. Eləcə də İŞİD-lə ABŞ-ın münasibətləri bu cürdür. Son günlər hər kəsin sorduğu В«niyə ABŞ İraqa hərbi müdaxilə etmirВ» sualına cavab olaraq Vaşinqton belə bir şərt qoyub: İraqı xilas etməyə hazırıq, bir şərtlə ki, Nuri əl-Maliki və komandası hakimiyyətdən getməlidir. Hansı ki, İŞİD-in də tələbi və məqsədi elə budur. Oyunlar qızışır İslam dünyasında yaxşı tanınan, В«Əl-QaidaВ»çıların öndərlərindən sayılan şeyx Əbu Məhəmməd əl-Makdisi (əsl adı Asım Berkavi) 9-10 gün əvvəl saxlanıldığı həpsxanadan sərbəst buraxılıb. Hansı ki, onun bəlkə də В«Əl QaidaВ»nın keçmiş liderləri Əbu Musab əl-Zərkavidən və indiki lideri Ayman əz-Zəvahiridən sonra üçüncü nüfuzlu şəxs olduğu bildirilir. Qəribədir ki, bu şəxs də İŞİD-dən fərqli olaraq Ən-Nusra Cəbhəsini bölgəyə təhlükəsiz hesab edir və yalnız Suriyada rejimlə mübarizə apardığını əsas gətirərək dəstəkləyir. Bütün bu dediklərimizdən belə çıxır ki, Türkiyə Ən-Nusra Cəbhəsini В«qara siyahıВ»dan özbaşına çıxarmayıb. Bu ABŞ-ın birbaşa razılığı ilə baş verib. İstər bu gün Suriyada mübarizə aparan Ən-Nusra Cəbhəsi, istərsə də İraqı işğal etməkdə olan İŞİD Birləşmiş Ştatların və müttəfiqlərinin – Türkiyə də burada əsas fiqurlardandır – planları əsasında hərəkət edir. İraqın İranın В«çaldığı havanı oynayanВ» hökuməti devriləndən və Amerikanın öz adamları hakimiyyəti ələ keçirəndən sonra İŞİD В«məğlubВ» ediləcək, Əsəd rejimi çökdürüləndən sonra isə Ən-Nusra Cəbhəsi В«zərərsizləşdiriləcəkВ». Vüsal Tağıbəyli Geri qayıt |