|
Azərbaycan bu ilin ilk 2 ayında xaricdən ümumi dəyəri 6 milyon 549,39 min dollar olan 331,18 ton ətir və tualet suyu idxal edib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkəyə idxal olunan 1 kiloqram ətrin orta gömrük dəyəri təxminən 19,8 dollar (33,6 manat) olub. Qeyd edək ki, Azərbaycan ətir və tualet suyunu ən çox Çin və Birləşmiş Ərəb Əmirliklərindən idxal edib. Miqdar baxımından ilk sırada Çin qərarlaşıb. Bu ölkədən 145,71 ton məhsul gətirilib. Digər ölkələrdən idxal olunan ətir və tualet suyunun həcmi və dəyəri belə olub: Çindən 1 qramı 0,01 manata – Cəmi 145,71 ton; Birləşmiş Ərəb Əmirliklərindən 1 qramı 0,02 manata – 79,42 ton; Rusiyadan 1 qramı 0,03 manata – 27,78 ton; Türkiyədən 1 qramı 0,02 manata – 27,12 ton; Fransadan 1 qramı 0,17 manata – 26,05 ton; İspaniyadan 1 qramı 0,11 manata – 8,62 ton; İtaliyadan 1 qramı 0,10 manata – 6,05 ton; Polşadan 1 qramı 0,03 manata – 4,67 ton; Belarusdan 1 qramı 0,04 manata – 4,08 ton; İsveçrədən 1 qramı 0,40 manata – 0,55 ton; Almaniyadan 1 qramı 0,09 manata – 0,49 ton; ABŞ-dən 1 qramı 0,17 manata – 0,33 ton; Böyük Britaniyadan 1 qramı 0,52 manata – 0,25 ton; Bəhreyndən 1 qramı 0,37 manata – 0,06 ton.
Geri qayıt
|