Əsas Səhifə > Güney Press / Partiya > "İlham Əliyev həm də ona qarşı olunan nankorlugun cavabını verib..."
"İlham Əliyev həm də ona qarşı olunan nankorlugun cavabını verib..."Bu gün, 03:22 |
|
"Prezident İlham Əliyevin Avropa Parlamentinin ünvanına səsləndirdiyi fikirlər real gerçəkliyin dəqiq təsviridir..." "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında tanınmış hüquq müdafiəçisi Osman Kazımov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Uzun illər davam edən işgal, on minlərlə insanın qətlə yetirilməsi, agır müharibə cinayətlərinə son qoyulması və nəhayətki sülhə doğru böyük çətinliklərlə də olsa addımların atılması, uzun müddət düşmənçilik edən iki dövlət arasında münasibətlərin isindiyi bir vaxtda Avropa Parlamentinin ikiüzlü movqeyi öz qiymətini və cavabını almalı idi.
Ayrı-ayrı Avropa diplomatlarını çıxmaq şərtilə Azərbaycanın özündə belə agır durumun yaranmasının səbəbkarları da elə Avropa qurumları deyilmi?
Baş verən proseslərə, saxtakarlıqlara bir addım irəli bəyanatları verən, kürü diplomatiyası fırıldaqçılığı ilə məşgul olan tərəf də o qurumların üzvləri deyilmi?
Korrupsiya, özbaşınalıq, siyasi məhbus problemi uzun müddətdir ölkəni aguşuna alıb. Yüngül-yumşaq bəyanatlar verib arxada bazarlıq edənlər də elə həmin qurumlar deyilmi?
İlham Əliyev həm də ona qarşı olunan nankorlugun cavabını verib.
Susmaq həmişə qızıl deyil..."
Geri qayıt |