Əsas Səhifə > Güney Press > Yılmaz Ermənistanla normallaşma barədə pozitiv mesajlar verdi
Yılmaz Ermənistanla normallaşma barədə pozitiv mesajlar verdiBu gün, 15:49 |
|
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Cənubi Qafqazda sülh prosesinə dəstək verdiklərini bildirib. Modern.az xəbər verir ki, o, Azərbaycan və Ermənistan arasında sülh istiqamətində mühüm irəliləyiş əldə olunduğunu qeyd edib. “Demək olar ki, iki ölkə arasında sülhün rəsmi şəkildə rəsmiləşdirilməsi üçün çox az vaxt qalıb. Bundan sonra böyük strateji əhəmiyyətə malik Cənubi Qafqaz həm regional, həm də qlobal səviyyədə fərqli rol oynamağa başlayacaq”, – deyə Yılmaz vurğulayıb. Türkiyə rəsmisinin sözlərinə görə, “Orta Dəhliz”in inkişafı və Zəngəzur dəhlizinin açılması tranzit yükdaşımalarının artmasına ciddi töhfə verəcək: “Ümumilikdə bu, regionda balansın formalaşması həm təhlükəsizlik səviyyəsinin yüksəlməsini, həm də rifahın artmasını təmin edəcək”. Geri qayıt |