Əsas Səhifə > Güney Press > Prokuror gözdən əlil qaziyə 3 il cəza tələb etdi
Prokuror gözdən əlil qaziyə 3 il cəza tələb etdiBu gün, 10:29 |
|
Bu gün Tovuz Rayon Məhkəməsində hazırda həbsdə olan Gənc Qazilər İctimai Birliyinin sədri Hacı Vəliyevə hökm oxunacağı gözlənilir. Bu barədə Gununsesi.info-ya onun yaxınları deyib. Bildirilir ki, sonuncu proses zamanı Hacı Vəliyevə elan olunan ittihamlardan birinə- 186 -cı maddə (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) cinayət işinə xitam verilib. Bu gün keçiriləcək prosesdə isə Hacı Vəliyevə CM-nin 221.3 (Xuliqanlıq) maddəsi üzrə verilmiş ittihama dair hökm çıxarılacaq. Proses zamanı çıxış edən dövlət ittihamçısı gözdən əlil qaziyə 3 iı azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini tələb edib. Geri qayıt |