Əsas Səhifə > Güney Press > Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam

Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam


Bu gün, 06:22

Serbiya Prezidenti Aleksandar Vuçiç vətəndaşların məmurların təkəbbürlü və yersiz davranışları ilə bağlı şikayətlərini göndərə biləcəyi xüsusi portalın istifadəyə verilməsi planlarını açıqlayıb.

"Report"un məlumatına görə, Serbiya lideri bu barədə "Informer" telekanalının efirində bildirib.

"Tezliklə bu barədə danışacağım və insanları hər şeyi mənə bildirməyə təşviq edəcəyim bir portal açacağam", - Vuçiç deyib.

Prezidentin sözlərinə görə, vətəndaşlar yerli məmurların davranışları ilə bağlı ona müntəzəm şikayət edirlər.

A.Vuçiç izah edib ki, bunlar vəzifə səlahiyyətlərindən sui-istifadə və gündəlik həyatda güc nümayişi hallarıdır.

"Sən bilirsən mən kiməm?" sualını eşidəndə məhz buna qarşı mübarizə aparmaq lazımdır", - o qeyd edib.

Vuçiç əlavə edib ki, belə mexanizmin işə salınması vətəndaşların dövlət qurumlarına inamını gücləndirməyə yönəlmiş daha geniş dəyişikliklərin bir hissəsi olmalıdır.

Onun sözlərinə görə, portal yaxın iki-üç həftə ərzində fəaliyyətə başlaya bilər.


Geri qayıt