Əsas Səhifə > Güney Press > Pezeşkian müharibədə

Pezeşkian müharibədə


Bu gün, 16:05

İran Prezidenti Məsud Pezeşkian BƏƏ-yə endirilən zərbələrlə bağlı SEPAH-ın addımlarından kəskin narazılığını ifadə edib.

“Cebheinfo.az” “İran İnternational” - a istinadən xəbər verir ki, Pezeşkian SEPAH-ın addımlarını “tamamilə məsuliyyətsiz” adlandırıb və hücumların ölkənin siyasi rəhbərliyinin xəbəri olmadan həyata keçirildiyini bildirib.

O, bölgədə gərginliyin artmasının “geri dönməz nəticələrə” səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Kanalın yazdığına görə, vəziyyətin daha da pisləşməsi və ikinci müharibə riskinin artması fonunda Pezeşkian SEPAH-ın Körfəz ölkələrinə hücumlarının dərhal dayandırılmasını tələb edib və eskalasiyanın qarşısını almaq üçün ali rəhbər Müctəba Xameneyi ilə təcili görüşmək istədiyini bildirib.

Pezeşkian mümkün beynəlxalq reaksiyadan ciddi narahatdır və İranın yeni genişmiqyaslı müharibəyə tab gətirə bilməyəcəyini düşünür.


Geri qayıt