Əsas Səhifə > Güney Press > Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb

Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb


Bu gün, 12:57

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammitindəki çıxışı bu ölkədəki revanşistləri qorxuya salıb.

Tribuna.az xəbər verir ki, dövlət başçısı Avropa liderlərinin üzünə bir sıra həqiqətləri deyib.

Onları Azərbaycana qarşı qərəzli mövqe tutmaqda ittiham edib. Həmçinin Qarabağda separatçıllıq edənlərin cinayətkar oldğunu bildirib.

Revanşistlərin nümayəndələrindən olan siyasətçi Eduard Şarmazanov bildirib ki, dövlət başçısının çıxışına Ermənistanın baş naziri Nikol Paşinyanın reaksiyasını məqbul hesab etmir. “Çıxışında Əliyev Qarabağ ermənilərini separatçılar, Qarabağ “liderləri”ni isə müharibədən sonrakı cinayətkarlar adlandırır. Paşinyan cavab vermək əvəzinə “təşəkkür edirəm” deyir. Amma bu, sülh deyil. Bu, Ermənistanın dinc yolla azərbaycanlaşdırılmasıdır”.


Geri qayıt