Əsas Səhifə > Güney Press > Simonyan Belarusa “əyalət” dedi

Simonyan Belarusa “əyalət” dedi


Bu gün, 11:19

Belarus Rusiya ilə müttəfiqlik münasibətlərinin formatını müstəqil müəyyən edən suveren dövlətdir.

Axar.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi Ermənistan parlamentinin spikeri Alen Simonyana cavab verərkən deyib.

“Biz bu əməkdaşlıqla fəxr edirik və heç kimin bizə mühazirə oxumasına imkan verməyəcəyik. Mifik müdaxilə adı altında Minski daxili siyasi çəkişmələrə sürükləmək cəhdləri əsas diplomatik etikanın kobud şəkildə pozulmasıdır”, - o bildirib.

Simonyan bundan öncə Rusiyaya işarə edərək bildirmişdi ki, İrəvan Ermənistanın əyalətə çevrilməsinə imkan verməyəcək və biz Belarus kimi idarə olunmayacağıq.


Geri qayıt