Əsas Səhifə > Güney Press > İctimai nəqliyyatda ödəniş problemi
İctimai nəqliyyatda ödəniş problemiBu gün, 10:56 |
|
İstifadəçilər müvəqqəti olan bloklanmanın bəzən 10-15 gün çəkdiyini qeyd edirlər. Bəziləri ay ərzində plastik kartlarla ödənişin limitli olduğunu düşünür.
Ümumiyyətlə, bank kartlarına ödənişlə bağlı limit tətbiq olunurmu? Bank kartlarının uzun müddət bloklanması nə ilə əlaqədardır?
Məsələ ilə bağlı "Bakıkart"ın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aynur Kərimli Bizim.Media-ya limit tətbiq olunmadığını bildirib.
“Bank kartları ilə ictimai nəqliyyatda ödənişin həyata keçirilməsi müxtəlif səbəblərdən məhdudlaşdırıla bilər. Bu məhdudiyyət bank tərəfindən qoyulur. Bank kartında lazımi vəsait olmadığı üçün ödəniş sistem tərəfindən həyata keçirilir və borc yaranır. Borc silinənədək kartın üzərinə məhdudiyyət qoyula bilər. Banklara aid tətbiqlərdə son gedişdəki RRN kodu ilə məhdudlaşmanın səbəbini öyrənmək olar”.
Geri qayıt |