Əsas Səhifə > Güney Press > Sayt rəhbəri yenidən məhkəmə qarşısında
Sayt rəhbəri yenidən məhkəmə qarşısındaBu gün, 10:17 |
|
Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ərşad İbrahimov və Əli Hacıyevin barəsindəki qərardan kassasiya şikayəti verilib. Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq. Qeyd: Ərşad İbrahimov və Əli Hacıyev 2023-cü ildə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqıa Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Sayt rəhbəri olan Ərşad İbrahimov ayrı-ayrı şəxslər barəsində müxtəlif rüsvayedici xəbərlər yayaraq sonradan həmin xəbərlərin silinməsi üçün hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunur. Onların barəsində Cinayət Məcəlləsinin təkrar hədə-qorxu ilə tələb etmə maddəsi üzrə cinayət işi qaldırılaraq barəsində həbs qətimkan tədbiri seçilib. Gəncə Ağır Cinayətlərə Məhkəməsinin hökmü ilə Ərşad İbrahimov 8 il və Əli Hacıyev isə 5 il müddətinə azadlıqdan məhrum olunub. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, Ərşad İbrahimovun apellyasiya şikayəti təmin edilməyib, Əli Hacıyev isə apellyasiya şikayəti qismən təmin olunub. Belə ki, Əli Hacıyev şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb. Qeyd: Əli Hacıyev Gəncədə yerləşən istehsalat birliklərindən birində mühafizəçi işləyib. Xatırlatma: 2014-cü ildə Ərşad İbrahimov pul tələb etməyə görə cinayət məsuliyyətinə cəlb edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsi onu 11 il müddətinə azadlıqdan məhrum edib, Gəncə Apellyasiya Məhkəməsi bu müddəti 10 ilə, Ali Məhkəmə isə 5 ilə endirib. Geri qayıt |