Əsas Səhifə > Güney Press > ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var

ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var


Bu gün, 07:49

İranın Tasnim agentliyi ABŞ-nin Hörmüz boğazında iki yük gəmisinə hücum etdiyini iddia edib.

Teleqraf xəbər verir ki, hadisə nəticəsində azı 5 nəfər həlak olub. Agentlik məlumatı hərbi mənbəyə istinadən yayıb.

Bildirilib ki, mülki yük daşıyan gəmilər Omanın Xasab limanından İran sahillərinə doğru hərəkət edirmiş.

Qeyd olunur ki, insident ABŞ-nin İran katerlərini batırması ilə bağlı xəbərlərin yoxlanılmasından sonra üzə çıxıb.

Daha əvvəl "Associated Press" agentliyi ABŞ Mərkəzi Komandanlığının rəhbəri, admiral Bred Kuperə istinadən bildirmişdi ki, ABŞ hərbi helikopterləri Hörmüz boğazında altı kiçik İran katerini batırıb.

İran tərəfi isə bu iddiaları təkzib edərək mayın 4-də ölkənin heç bir hərbi gəmisinin ABŞ tərəfindən məhv edilmədiyini bəyan edib.


Geri qayıt