Əsas Səhifə > Güney Press > "Onlar erməni lobbisinin pulundan bəhrələnirlər"
"Onlar erməni lobbisinin pulundan bəhrələnirlər"Bu gün, 07:17 |
|
Niderland və Belçika parlamentindən sonra Avropa Parlamentində də Azərbaycan əleyhinə qətnamə qəbul edilib. Maraqlıdır, qərəzli davranışların arxasında nə dayanır? Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Avropada bir dəstə yaramaz, korrupsioner, cinayətkar parlamentarilər, özünü siyasətçi adlandıranlar mövcuddur: "Onlar dinc yaşamağın, Cənubi Qafqazda sülhün olmasının əleyhinədirlər. Öz məqsədlərini həyata keçirirlər. Yəni dünyada mövcud olan və çox güclü maliyyəyə malik erməni lobbisinin pulundan bəhrələnirlər və istəmirlər ki, bu gəlirlər kəsilsin. Ona görə də vaxtaşırı belə yaramaz kampaniyalar yaradırlar". Millət vəkili vurğuladı ki, onların qəbul etdiyi qərarlar bizim üçün birdəfəlik istifadə olunub atılan kağız parçası kimidir: "Biz nə Avropa Parlamentinin üzvüyük, nə onunla artıq hər hansı əlaqəmiz var, nə də onların qarşısında hər hansı öhdəliyimiz var. Onların bu hərəkətləri birbaşa beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin müvafiq bəndlərinə ziddir. Yəni onlar özlərindən min kilometrlərlə uzaqda yerləşən suveren dövlətin daxili işlərinə qarışırlar. Kimləri müdafiə edirlər? Hərbi caniləri, cinayətkarları, qatilləri, uşaq qatillərini, soyqırımı törətmiş şəxsləri Azərbaycan xalqına qarşı müdafiə edirlər. Deməli, bunlar özləri də elə cinayətkarlardır ki, cinayətkarları müdafiə edirlər". Geri qayıt |