|
Dövlət Turizm Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Mozg Media Group” MMC (VÖEN – 1505539741) olub. Qeyd edək ki, “Mozg Media Group” Turizm Agentliyinin sifarişi əsasında Bakıda keçiriləcək “Qızıl Şah” beynəlxalq aşpazlıq çempionatının təşkili xidmətlərini göstərəcək. Göstəriləcək xidmətlərin qarşılığında Agentlik MMC-yə 84 min 852 manat 20 qəpik ödəyəcək. Onu da bildirək ki, nizamnamə kapitalı 53 min 540 manat olan “Mozg Media Group” MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Muxtarov Orxan Muxtar oğludur. Məlumat üçün qeyd edək ki, “Qızıl Şah” beynəlxalq aşpazlıq çempionatında iştirak etmək üçün Azərbaycana aşağıdakı ölkələrdən qonaqlar gələcək: Türkiyə (İzmir); Özbəkistan (Daşkənd); Belarus (Minsk); Qazaxıstan (Almatı); Rumıniya (Buxarest); Pakistan (İslamabad); İtaliya (Milan); Türkiyə (Antalya); Serbiya (Belqrad); Rusiya (Moskva); Sloveniya (Lyüblyana); Xorvatiya (Zaqreb); Şotlandiya (Edinburq); ABŞ (Detroit); Almaniya (Frankfurt); İtaliya (Bari); İsveç.
Geri qayıt
|