|
Bu ilin ilk 3 ayı ərzində turizm məqsədi ilə xaricə səfər edən 264 min 26 nəfər Azərbaycan vətəndaşı başqa ölkələrdə 1 milyon 430 min 962 gecə keçirib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricə səfər edən Azərbaycan vətəndaşları orada keçirdikləri gecələmələrin 35,1%-ni və ya 502 min 177 gecəni qohum və dostlarına, həmçinin özlərinə, ya da ailə üzvlərinə məxsus mənzillərdə keçiriblər. Gecələmələrin 25,6%-i qohum və dostların, 9,5%-i isə özlərinə, ya da ailə üzvlərinə məxsus mənzillərin payına düşüb. Cənubi Koreya istisna olmaqla, rəsmi açıqlamada yer alan elə bir xarici ölkə yoxdur ki, həmin ölkəyə səfər edən Azərbaycan vətəndaşlarının orada özünə və ailə üzvlərinə məxsus ev olmasın. Xaricə səfər edən Azərbaycan vətəndaşlarının özlərinə, ya da ailə üzvlərinə məxsus mənzillərdə keçirdikləri gecələmələrin sayı aşağıdakı kimi olub: Türkiyə – 70 013 Rusiya – 24 838 Gürcüstan – 19 205 Qazaxıstan – 1 727 Səudiyyə Ərəbistanı – 1 738 Polşa – 1 520 Birləşmiş Ərəb Əmirlikləri – 4 112 Özbəkistan – 923 Avstriya – 874 Qırğızıstan – 821 Almaniya – 828 Belarus – 814 Çin – 814 Moldova – 809 Böyük Britaniya – 683 Misir – 649 Fransa – 611 İtaliya – 515 Qətər – 474 Hindistan – 289 Macarıstan – 257 Çexiya – 180 İran – 170 İsrail – 158 İsveçrə – 97 Pakistan – 41 Küveyt – 39 Lüksemburq – 17 Bəhreyn – 15 Niderland – 11 Yaponiya – 9 Türkmənistan – 7 İraq – 5 Cənubi Koreya – Digər ölkələr – 3 101
Geri qayıt
|