Əsas Səhifə > Güney Press > Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək
Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcəkBu gün, 12:16 |
|
Mayın 8-də Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçiriləcək. Bu barədə APA-nın sorğusuna cavab olaraq AKİ-dən bildirilib. Qeyd edilib ki, İdarə Heyətinin iclasında qurultayın vaxtı təyin ediləcək, gündəliyi təsdiqlənəcək və katibliyin gördüyü işlər barədə hesabat dinləniləcək. Həmçinin ittifaqdan bildirilib ki, qurultay mayın 21-dən sonra keçiriləcək. Xatırladaq ki, ittifaqın keçmiş sədri Rasim Balayev olub. O, martın 29-u vəfat edib. Geri qayıt |