Əsas Səhifə > Güney Press > Neft sürətlə ucuzlaşdı

Neft sürətlə ucuzlaşdı


Bu gün, 05:44

Londonun ICE birjasında 2026-cı ilin iyulunda tədarük edilməli olan “Brent” markalı neftin fyuçers qiyməti 2 faizdən çox ucuzlaşıb.

Publika.az xəbər verir ki, bu barədə ticarət əməliyyatlarının məlumatlarında bildirilir.

Bakı vaxtı ilə saat 02:00 radələrində “Brent” markalı neftin qiyməti 2,42 faiz azalaraq bir barel üçün 105,55 dollara düşüb. Saat 02:10 radələrində isə azalma yavaşlayıb və kotirovkalar 106,58 dollar səviyyəsində qərarlaşıb.

Eyni zamanda, 2026-cı ilin iyununda tədarük edilməli olan WTI markalı neftin fyuçers qiyməti 1,77 faiz ucuzlaşaraq bir barel üçün 100,14 dollara enib.

“Brent” neftinin qiyməti 2022-ci ildən bəri ilk dəfə 126 dollardan yuxarı qalxıb. Neft bazarı qiymətlərə yalnız mövcud tədarük fasilələrini deyil, həm də daha mənfi ssenari risklərini – Hörmüz boğazının uzunmüddətli blokadasını və İranın infrastrukturuna endirilən zərbələri daxil edir.


Geri qayıt