Əsas Səhifə > Güney Press > Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir
Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişirBu gün, 07:02 |
|
Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampı Rusiya ilə münaqişədə Kiyevi dəstəkləməyə inandırmaqdan imtina edib. Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşrində dərc olunan məqalədə bildirilib. Məqalədə deyilir: "Son bir ili Trampın dəstəyini axtarmağa sərf edən Volodimir Zelenski ABŞ-ni münaqişədə iştirak etməyə inandırmaq səylərindən əl çəkir və əvəzində onun iştirakı olmadan fəaliyyət strategiyası hazırlayır". Məqalədə qeyd olunur ki, bir çox ukraynalı ABŞ-dən məyus olub. Eyni zamanda, Zelenskinin özü də Vaşinqtona yanaşmasında daha ehtiyatlı olub. Geri qayıt |