Əsas Səhifə > Güney Press > Xalq artisti Firəngiz Mütəllimova:
Xalq artisti Firəngiz Mütəllimova:Bu gün, 18:07 |
|
Xalq artisti Firəngiz Mütəllimova Teleqraf İnformasiya Agentliyinin suallarını cavanlandırıb. Onunla müsahibəni təqdim edirik. - Bu dəfəki doğum günümü qeyd etmirəm. Əsas odur, sevənlərim zəng edir. Dünən axşamdan telefonlarım susmur. Gələn həftə ailə üzvlərimizlə qeyd edəcəyik. Düşünürəm ki, bu yaş mənim üçün hesabatdır. - Şuşaya köçməyi planlaşdırırsınızmı? - Yayda Şuşaya gedəcəyəm. Hazırda orada genişmiqyaslı abadlıq işləri aparılır. Şuşada yaşayan rəfiqələrim var, mənə videolar göndərirlər. Hələlik köç prosesi başlamayıb. Düşünürəm ki, Şuşaya köç ilin sonuna doğru həyata keçirilə bilər. Mən də Şuşaya köçməyi planlaşdırıram. - Ad gününüzdə yaşadığınız hissləri necə ifadə edərdiniz? - Bir xanım olaraq yaş artdıqca zamanın təsirini və bununla bağlı hisslərinizi necə dəyərləndirirsiniz? Yaş kompleksiniz varmı? - Xeyr, bütün arzularıma çatdığımı deyə bilmərəm. Ən böyük arzularımdan biri isə artıq gerçəkləşdi - Şuşanın işğaldan azad edildiyi gün o böyük xoşbəxtliyi yaşadım. Qarabağımızın, Şuşamızın azadlığı mənim üçün ən unudulmaz anlardan biridir. Arzum odur ki, sülh daimi olsun, müharibələr bitsin, dünyada əmin-amanlıq hökm sürsün. Açıq mavi səma istəyirəm, insanların heç nədən qorxmadığı bir dünya. Qadın kimi xoşbəxtəm. Evimin işıqlarını özüm yandırıb söndürə bilirəmsə, dualarımı edirəmsə, özümə və qohum-əqrəbama yemək bişirirəmsə, balalarımdan gələn şad xəbərlərlə sevinirəmsə, həmin an özümü qadın kimi xoşbəxt hiss edirəm. Ən əsası da budur. - Ömrümün yalnız uşaqlıq illərinə, anamın, atamın və qardaşımın sağ olduğu vaxtlara qayıtmaq istərdim. Sevdiyim qonşularımın hamısı sağ-salamat idi. O illərə dönüb hamısının səslərini yenidən eşitmək istərdim. - Şuşanın işğal edildiyi gün... Əziyyət çəkən qohum-əqrəba, yaşadığımız o ağır illər... O illərə qayıtmaq, o xəbəri yenidən eşitmək istəməzdim. O vaxt Türkiyədə qastrol səfərində idim. Nələr yaşadığımı bir Allah bilir. - Mərhum Xalq artisti Yaşar Nurinin bu gün sizitəbrik etməsini istərdinizmi? Geri qayıt |