Əsas Səhifə > Güney Press > Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı
Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatıBu gün, 17:14 |
|
"İranla ABŞ-İsrail koalisiyası arasında 40 gün davam edən müharibənin ardınca atəşkəs barədə razılaşmanın əldə olunması əksər qonşu ölkələr kimi, Azərbaycan tərəfindən də alqışlandı və bunun regionda davamlı sülhə zəmin yaradacağına dair ümid ifadə olundu". Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı videomaterial hazırlayıb. Süjetdə qeyd olunub ki, sözügedən məsələ həm Azərbaycan və İran prezidentlərinin, həm də iki ölkənin xarici işlər nazirlərinin atəşkəsdən dərhal sonra baş tutan telefon danışıqlarında açıq şəkildə ifadə olunub: "Lakin gözləntilərə rəğmən İranda bəlli dairələr müharibə dövründə fasilə verilmiş anti-Azərbaycan təbliğatını yenidən dirçəltmək və genişləndirmək üçün bu fürsətdən istifadə etməyə çalışırlar. Təbliğatda ənənəvi İsrail mövzusu ilə yanaşı, Azərbaycanın xarici siyasətinin bir sıra məsələləri, o cümlədən Ermənistanla sülh prosesi, Zəngəzur dəhlizi kimi məsələlər də yer almaqdadır". Videomaterialda vurğulanıb ki, məsələnin diqqətçəkən bir cəhəti də odur ki, bu dəfə Azərbaycan əleyhinə böhtan kampaniyasında özünü müstəqil adlandıran, amma İranın təhlükəsizlik orqanları ilə əlaqəsi şübhə doğurmayan media və ekspertlərlə yanaşı, müharibə nəticəsində İran siyasi hakimiyyətində önə çıxan qüvvələrin təmsilçiləri də fəallıq göstərirlər. "Bu kontekstdə İran parlamentinin deputatı, keçmiş xarici işlər naziri Mənuçehr Müttəkinin son açıqlamaları qeyd oluna bilər. Belə ki, o, aprelin 28-də İran dövlət televiziyasının canlı efirindəki çıxışında Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirib və iddia edib ki, guya İsrail tərəfindən İranın şimal bölgələrinə edilən hücumlarda Azərbaycanın hava məkanından və aerodromlarından istifadə olunub. Həmçinin o, İsrail təyyarələrinin yanacaqla təminatına Azərbaycanın şərait yaratmasına dair xəbərlərin olduğunu bildirib. Müttəki öz çıxışında regionda İsrailin bazasının olduğu bölgələr sırasında Bakının da adını çəkib", - deyə süjetdə bildirilib. Geri qayıt |