Əsas Səhifə > Güney Press > “Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir

“Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir


Bu gün, 12:22

“Azbadam” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinə xitam verilir.

Banker.az xəbər verir ki, “Azbadam” MMC fəaliyyətinə xitam verilərək “Grand-Agro” MMC-yə qoşulduğunu və “Grand-Agro” MMC bu qoşulma nəticəsində yenidən təşkil edildiyini elan edir.

Xatırladaq ki, “Grand-Agro” MMC-nin əsas istiqaməti Abşeron yarımadasında zeytun və badam bağlarının salınması və idarə olunmasıdır. Bağlardan yığılan məhsullardan illərdir “Olivea” brendi adı altında zeytun yağı və süfrəlik zeytun istehsal olunaraq daxili və xarici müştərilərə təqdim olunur. Nizamnamə kapitalı 88 860 000 manat olan “Grand-Agro” MMC-nin qanuni təmsilçisi Kamran Kərimovdur.

Onu da qeyd edək ki, 2016-cı ildə təsis edilən “Azbadam” Azərbaycanın ən böyük badam emalçısıdır. Şirkətin nizamnamə kapitalı 25 710 005 manatdır və qanuni təmsilçisi Mətin Əmiraslanovdur.


Geri qayıt